Şahdilinə ekskursiya

      31.05.22 məktəbin Kiçik Akademiyasının rəhbəri Nuranə Gürşadlının təşkilatçılığı ilə Akademiyanın üzvlərinin Abşeron milli parkına ekskursiyası baş tutmuşdur. Ekskursiyanın məqsədi Abşeron milli parkının turizim potensialının şagirdlər tərəfindən qiymətləndirilməsi, eyni zamanda orada yayılan bitki və heyvan növlərinin öyrənilməsi və araşdırılması idi.  Abşeron milli parkının iqlim və torpaq xüsusiyyətləri, dənizin təbiətinin dəyişilməsi kimi amillər şagirdlər tərəfindən müşahidə olunmuşdur. Həmçinin ,Abşeron milli parkının ərazisində yerləşən Azərbaycan Respublikasının ən ucqar şərq nöqtəsi olan Şahdili yarımadası Suiti burnunada yürüş təşkil olunmuşdur. Yürüş zamanı şagirdlər 9 km-dən çox məsafəni piyada qət edərək bu məkana çatmışlar. Yol boyu ərazinin landşaft xüsusiyyəti, bitki və heyvanat aləmi haqqında geniş məlumat verilmişdir. Ərazidə xüsusi qorunan bitki növləri ilə tanışlıq, dənizdə təsadüfi rast gəlinən su ilanları şagirdlərin marağını cəlb etmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi