Şagirdlər TEXNOFEST-də iştirak etdilər

27.05.22 tarixində Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi tərəfindən Bakıda ilk dəfə təşkil olunan “TEKNOFEST Azərbaycan” festivalında məktəbin şagirdləri də iştirak etmişlər. Texnologiya festivalı çərçivəsində keçirilən Azərbaycanın hərbi qırıcı təyyarələrin yüksək pilotaj nümayişi, Türkiyə pilotlarının uçuşu, robotların, yeni nəsil texnologiyaların sərgiləndiyi zonalar şagirdlərin marağına səbəb olub. "TEXNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “ROBOTİKS”, “AgroTech”, “Sosial innovasiyalar”, “Həvəskar peyk modelləşdirilməsi”, “PLANER”, “Ətraf mühitin qorunması və bərpaolunan enerji mənbələri” olmaqla 8 müsabiqə keçirilir. Müsabiqə iştirakçıları ilə tanışlıq şagirdlərdə bu sahəyə olan həvəsi ikiqat artırıb.