Respublika Günü qeyd olundu

         27.05.22 tarixində liseydə 28 May- Respublika günü münasibətilə tədbir keçirildi.Tədbirdə 28 May 1918-ci ildə şərqin ilk demokratik respublikası olan AXC-nin yaranması tarixindən söz açılıb. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan cümhuriyyətin XX əsrin şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğu vurğulanıb. 

        Tədbirdə məktəbin şagird heyətinin ifasında musiqili kompazisiya təqdim olunub.Tədbirin sonunda məktəbin direktoru Ü. İsmayılova çıxış edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin çox ağır bir tarixi şəraitdə və həssas bir geosiyasi məkanda yaransa da,dövlətçilik tariximizin əsaslarının təməlini qoyduğunu ,ümumimilli lider Heydər Əliyevin "müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" kəlamını xatırladıb. Ümumimilli lider Heydər Əliyevin hər zaman tarixi dəyərlərə,o cümlədən, AXC-nin dövlətçilik ənənələrinə hörmətin və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulaması fikrini təkrar edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi