Respublika Gününə həsr olunmuş hərbi idman yarışı keçirildi

27.05.2022-ci ildə liseydə 28- may Müstəqillik Gününə həsr olunmuş hərbi idman oyunları keçirildi.Məktəbin komandası 8 N-li tam orta məktəbin komandası ilə yarışdı.Yarışın münsiflər heyəti 23 N-li tam orta məktəbin hərbi rəhbəri Qalib Paşayev,240 N-li məktəbin hərbi rəhbəri Anar Səlimov idi.2 mərhələdə keçirilən yarışlarda hər iki komanda 41 balı topladı.Komanda üzvlərinə kubok və fəxri fərmanlar təqdim olundu.16 N-li THL və 8 N-li tam orta məktəbin hərbi rəhbərləri Cəlal Carçıyev və Hüseyn Əliyevə,hər iki məktəbin komanda üzvlərinə yarışın təşkilini və iştiraklarına görə minnətdarlığımızı bildiririk.