Birincilərin bayram tədbiri

27.05.22 tarixində 28 May-Respublika Gününü məktəbin birinciləri də xüsusi tədbirlə qeyd etdi. Hər zaman tarixi dəyərlərə,o cümlədən, AXC-nin dövlətçilik ənənələrinə hörmətin və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayan Ümumimilli lider Heydər Əliyevin izi ilə gedən müəllimlər kiçik yaşlarına baxmayaraq şagirdlərinə bu günün əhəmiyyətini aşılamış, bunun nəticəsidir ki, şagirdlər tədbirdə sevinclə, həvəslə iştirak etmişlər. Onlar şeirlər söyləmiş, təqdimatlarla çıxış etmişlər.