Ən yaxşı təqdimat müsabiqəsinin qalibi müəllimimiz seçildi

            18.05.22 tarixində liseyimizin ibtidai sinif müəllimi Türkan Məcidova Nəsimi rayon orta ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilən "Ən yaxşı təqdimat"müsabiqəsində Fəxri Fərman ilə təltif olundu.Fəxri Fərman Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında milli-mənəvi dəyərlər mövzusunda keçirilən tədbirdə təqdim olunub.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Millət vəkili Məlahət İbrahimqızı, “Dağ Yəhudiləri” dini icmasının rəhbəri Milix Yevdayev və rayon gəncləri iştirak ediblər.
        Şagirdlərini hər zaman vətənpərvər ruhda böyüdən Türkan müəllim elə təqdimat mövzusunu da vətənpərvər mövzuda - "Vətən müharibəsi zəfəri" başlığı altında hazırlamışdır.Hazırlanan təqdimatda müharibə dönəmində şagirdlərlə keçirilən online vətənpərvər dərslər,qazilərimiz ilə şagirdlərin görüşləri ,şücaətli ordumuzun  şanlı zəfəri  ayrıca yer almışdır.Türkan müəllimi nailiyyətinə görə təbrik edir,bu şərəfli peşədə daim uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi