Nizami Gəncəvi adına Ədəbiyyat muzeyinə ekskursiya

21 may 2022-ci il tarixində  7B sinfi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə  ekskursiya edib.
      Azərbaycan dili və ədəbiyyatı müəllimi Afaq Nəbiyevanın rəhbərliyi ilə təşkil olunan ekskursiyada muzey bələdçisi şagirdlərə Ədəbiyyat Muzeyinin yaranma tarixi, habelə Nizami Gəncəvi, Seyid İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş ekspozisiya zalları haqqında geniş məlumat verib.Ədəbiyyat Muzeyində qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, habelə müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri şagirdlərdə ədəbiyyatımızın bu günədək keçdiyi inkişaf yolu barədə dolğun təsəvvür formalaşdırıb.
     Böyük marağa səbəb olan ekskursiya uşaqlarda xoş təəssüratlar yaradıb. Sonda xatirə şəkli çəkdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi