Xurşidbanu Natəvan haqqında sənədli filmin müzakirəsi

        Şuşada yaşayan sənətkarların,şairlərin ,bəstəkar və musiqiçilərin həyatı,yaradıcılığı,mütərəqqi fəaliyyəti daim ictimaiyyətin diqqət mərkəzində olmuşdur. 2022-ci ilin “Şuşa ili”olması ilə əlaqar olaraq bu şəxsiyyətlər haqqında tez-tez xüsusi dərslər təşkil olunur,şagirdlərə tanıdılır.Belə şəxsiyyətlərdən biri də 19-cu əsrin şairəsi və ictimai xadimi,”Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvandır.7”D” sindində də təşkil olunmuş xüsusi dərsdə bu incə ruhlu şairə,rəssam, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvan haqqında idi.Dərsdə Natəvan haqqında çəkilmiş sənədli film nümayiş olundu.Sonra filmin müzakirəsi aparıldı.Şagirdlər Natəvanın Qarabağ xanlığının ictimai həyatında gördüyü xeyirxah işləri barədə fikirlər söylədilər,şairənin qəzəllərindən öyrəndikləri parçaları ifa etdilər, Həmçinin, şagirdlər Natəvanın qəzəllərini,bu qəzəllərə yazılmış mahnıları dinlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi