Müəllimimiz Şuşa Kulinariya Festivalında iştirak edib

        Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir. Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı,Türkiyə, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edir. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, qida üzrə bloqerlər də təmsil olunur. Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim edilir.

        Liseyimizin fiziki tərbiyə müəllimi “Azəryol" Həndbol  Milli Yığma Komandasının üzvü, 11 qat Azərbaycan çempionu,10 qat Azərbaycan kubokunun sahibi Ülviyyə Şərifova da bu festivala dəvət alıb və iştirak edib.Ülviyyə müəllim səfər təəssüratlarını kollektivlə bölüşüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi