Zooparka ekskursiya

Liseyimizin 1 a sinif şagirdlərinin Zooparka gəzintisi olmuşdur.Azərbaycan dili fənnindən keçilən mövzularda heyvan obrazları ilə tanış olan şagirdlərimizdə bu gəzinti zamanı həmin heyvanları canlı görmək xüsusi maraq oyatdı.Şagirdlər heyvanların da Yer kürəsinin bir sakini olduğunu öyrəndilər.Heyvanlara qayğı göstərməyi,sevgi bəsləməyi,onları qorumağı özlərinə borc bildilər.