Faunaya böyük maraq

Liseyin 6”B” sinif şagirdləri təlim-tərbiyə işləri üzrə direktor müavini Zenfira Nurulla və biologiya müəllimi Yana Kalmıkova ilə Zologiya muzeyində ekskursiyada olmuşlar.Şagirdləri muzey bələdçisi muzeydəki eksponatlarla yaxından tanış etmiş ,onlara maraqlı məlumatlar vermişdir.Şagirdlər heyvanat aləminə maraqla tamaşa etmiş,uzun illər muzeydə saxlanılan maketlərin saxlanma şəraiti ilə tanış olmuşlar.Ekskursiya şagirdlərdə təbiətə daha yaxın olmaq,onu sevmək,qorumaq ,öyrənmək ,gözəlləşdirmək kimi hisslərin formalaşmasında əhəmiyyətli olmuşdur.