Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunur.

     10.05.2022-ci il tarixdə liseydə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə "Xalqa bağlı ömür"adlı tədbir keçirildi. Böyük şəxsiyyətin keçdiyi şərəfli ömür yolu,keşməkeşli həyatı,səmərəli fəaliyyəti,tarixi xidmətləri videoçarxlarda,müəllimlərin çıxışlarında şagirdlərin təqdimatlarında ətraflı şərh olundu.Liseyin tarix müəllimi Gülnarə Abidi çıxışında qeyd etdi ki, qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı misilsiz rolu, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində xidmətləri danılmazdır.Musiqi müəllimi Təranə Rəsulovanın təşkilatçılığı ilə şagirdlərin hazırladıqları şeir və mahnılar Ulu Öndərə məhəbbəti ifadə edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi