Valideynlərlə sorğu keçirildi

29.04.22 tarixində məktəbdə valideynlər üçün "Açıq qapı" günü keçirildi. “Açıq qapı” gününün təşkil olunmasında məqsəd müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.
“Açıq qapı” günü çərçivəsində valideynlər məktəb mühiti ilə daha yaxından tanış oldular. Məktəb rəhbərliyi və müəllimlərlə görüş zamanı valideynlərə məktəblərin fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verildi. Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələr ilə bağlı rəyləri, təklifləri dinlənildi və səmərəli fikir mübadiləsi aparıldı.