"Mənim gündəliyim” layihəsində iştirak edən şagirdlərlə görüş.

28.04.22 tarixində “Mənim gündəliyim” layihəsində iştirak edən şagirdlərlə məktəb rəhbərliyi və müəllimlər arasında müzakirə keçirilib. Layihədə böyük həvəs və maraqla iştirak edən şagirdlər öz oxu gündəliklərini təqdim ediblər. Müxtəlif sinif şagirdlərinin iştirakı ilə keçirilən müzakirədə kitab oxmağın əhəmiyyətinə diqqət çəkilib. Təqdim olunan bir-birindən maraqlı gündəliklərdə şagirdlər oxuduqları əsərlər haqqında fikirləri, əsərlərdə bəyənib-bəyənmədikləri məqamlar, hansı obraz olmaq istəyərdilər kimi məqamlara toxunmuş, hətta mövzuyla bağlı şəkillər çəkmişlər. Bu cür layihələr uşaqlarda və yeniyetmələrdə kitab oxumağa marağı artırmaqla yanaşı, əsəri düzgün təhlil etmək qabiliyyətinin formalaşmasına təkan verir.