"Əziz Şuşa ,sən azadsan!" adlı tədbir keçirildi
Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2022-ci il sərəncamı ilə Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar olaraq “Şuşa ili” elan olunmasından sonra müxtəlif səpkidə silsilə tədbirlərin keçirilməsinə start verilmişdir.21.04.2022-ci il tarixdə “Əziz Şuşa ,sən azadsan !”adlı ədəbi-bədii kompozisiya keçirildi. Liseyin musiqi müəllimi Təranə Rəsulovanın təşkilatçılığı ilə müxtəlif siniflərdə təhsil alan bədii yaradıcılıqla məşğul olan şagirdlər öz rəngarəng ifaları ilə çıxış etdilər.Qarabağı ,Şuşanı tərənnüm edən şeir və mahnılar,rəqslər ifa olundu,Azərbaycan bəstəkarlarının əsərlərindən parçalar səsləndirildi.Müxtəlif musiqi alətlərində əslən qarabağlı ,şuşalı olan sənətkarların əsərlərindən parçalar dinlənildi.Tədbirin sonunda liseyin direktoru Ülviyyə İsmayılova iştirakçılara təşəkkürnamələr təqdim etdi.