"Oxu Günü "münasibətilə şeir müsabiqəsi keçirildi
20.04.2022-ci il tarixdə liseyin ibtidai sinif müəllimlərinin təşkilatçılığı ilə “Cənnətim Qarabağ”adlı şeir müsabiqəsi keçirildi.Müsabiqədə Qarabağı ,zəfəri,igidliyi tərənnüm edən şeirlər səsləndirildi.Şagirdlərin böyük həvəs və sevgi ilə seçərək öyrəndikləri şeirlərdə, həmçinin öz daxili aləmlərinin parlaq vətənpərvərlik duyğuları dilə gəldi.Müsabiqənin sonunda qaliblər diplomla təltif olundular.