“Oxu Günü”nə həsr olunmuş tədbir keçirildi

20.04.2022 tarixində liseydə "Oxu günü"- nə həsr olunan tədbir keçirildi.
UNESKO-nun qərarına əsasən, hər il aprelin 23-ü beynəlxalq səviyyədə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edilir.
Yaradıcı zəkanın, qüdrətli elmi-bədii təfəkkürün məhsulu olan əsərlərin yayılması və nəsildən-nəslə ötürülməsində əvəzsiz mənbə rolunu oynayan kitablara və onların müəlliflərinə rəğbət və sevgi duyğuları aşılayan, insanları mütaliəyə, biliklənməyə, maariflənməyə və mənəvi zənginləşməyə çağıran bu xoşməramlı tədbir ictimai-sosial həyatda əhəmiyyətli hadisə kimi qiymətləndirilir.
Son illər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin iştirakı ilə “Oxu günü” tədbirinin keçirilməsi də artıq ictimai maraq doğuran ənənə halını almışdır.
Liseyimizin ibtidai sinif şagirdləri "Oxu günü"-də böyük həvəs və maraqla iştirak ediblər. Onlar oxuduqları nağıl və hekayələri təqdim ediblər.