Firidin bəy Köçərli adına kitabxana ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhəri, 29 dekabr 2021-ci il sərəncamı ilə İrəvan Müəllimlər seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı müxtəlif silsilə tədbirlər həyata keçirilir. Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmış Firidun bəy Köçərlinin həyat və fəaliyyəti ilə yaxından tanış olmaq üçün 18.04.2022-ci il tarixdə liseyin 7-ci sinif şagirdləri kitabxana müdiri Samirə Rzayevanın və dil-ədəbiyyat müəllimləri Afaq Nəbiyevanın və İlhamə Cabbarovanın təşkilatçılığı Firidun bəy Köçərli adına kitabxanada olmuşlar.Kitabxana ilə tanışlıq zamanı şagirdlər Firidun bəy Köçərlinin həyat və fəliyyəti ilə yaxından tanış olmuş ,İrəvan Müəllimlər seminariyasının fəaliyyətindən maraqlı məlumat almışlar. Kitabxana əməkdaşları şagirdlərlə diskussiya aparmış ,onların fikir düşüncələrini dinləmişlər.Firidun bəyin bir pedaqoq kimi istər İrəvan seminariyasında , istərsə də sonrakı fəaliyyətində Qazax Müəllimlər seminariyasındakı rolu haqqında ətraflı müzakirələr apardılar,dərslikləri ilə bağlı söhbət açdılar. Şagirdlər böyük həvəslə bu kitabxananın fəal oxucusu olacaqlarını bildirdilər.