'' Sağlam bədəndə sağlam ruh olar ''

Sağlam bədəndə sağlam ruh olar devizi ilə Kiçik Akademiyanın bir qrup "Nəzarətçi həkim "komandası 1 "A" sinfində uşaqları tibbi baxışdan keçirtdilər.
"Nəzarətçi həkimlər" komandasına Gülnarə Xəlilova və Nuranə Gürşadlı rəhbərlik etmişdir. Tibbi monitorinq zamanı şagirdlərin boyları, çəkiləri, bədən temperaturları, görmə qabiliyyətləri ölçülmüş və tənəffüs zamanı ciyərin, oturduqda isə onurğanın müşahidəsi həyata keçirilmişdir.
Sinifdə şagirdlər arasında maarifləndirici söhbətlər aparılmış, pandemiya dövründə viruslardan qorunma, sağlamlığın artırılması və möhkəmləndirilməsi üçün hansı qidalardan daha çox istifadə etmələri haqqında maraqlı məlumatlar və tövsiyyələrini vermişdilər.
"Nəzarətçi həkimlər" komandasında 7 c sinif sagirdləri Əlizadə Malik, Quliyeva Quyqu, Afət Rüstəmli və Raul Mayilzadə iştirak etmişdir