"Azərbaycan XIX əsrdə"mövzusu şagirdlərin müzakirəsində

Tarix aylığı çərçivəsində keçirilən müzakirələrdən biri də 07.04.22 tarixində "XIX əsrdə Azərbaycan" mövzusunda baş tutdu. Müzakirə zamanı bu dövrdə Vətənin iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı, ölkədəki siyasi vəziyyət haqqında çıxışlar oldu. " XlX əsr Azərbaycanın mədəni və iqtisadi həyatında baş verən yeniliklər"ətraflı müzakirə olundu. Maraqlı müzakirə zamanı şagirdlər mövzuda vəziyyəti dəyərləndirərək müstəmləkə şəraitində baş verən yenilikləri Azərbaycan xalqının qədim dövlətçilik ənənəsinə, zəngin tarixi keçmişinə bağladılar.Şagirdlər öz təqdimatları ilə müzakirədə fəal iştirak etdilər.