Şagirdlər kitab sərgisində həvəslə iştirak etdilər

02-03 aprel 2022-ci il tarixlərdə saat 10:00-20:00-da “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə “Passaj-1901”də ölkədə ilk dəfə “ANAİB I Uşaq Kitab Festivalı” keçirilmişdir. Sərgidə müxtəlif nəşriyyatların, kitab evlərinin uşaq kitabları sərgilənmiş, həmçinin Türkiyədən dəvət olunmuş məhşur yazıçılarının imza mərasimləri, müxtəlif panellər, nağıl, tamaşa saatları təşkil olunmuşdur.Beynəlxalq Uşaq Kitabı Gününə təsadüf edən tədbirdə liseyin şagird və müəllim kollektivi böyük həvəslə iştirak etmişlər.Bu sərgi şagirdlərdə kitaba mütaliəyə marağın güclənməsində böyük əhəmiyyət kəsb etmişdir