31 Mart soyqırımına aid film müzakirəsi keçirilib

        31 mart 2022-ci il tarixində 7-ci sinif şagirdlərinin iştirakı ilə "Sündü" filminə və azərbaycanlıların soyqırımı ilə bağlı sənədli filmlərə baxış keçirildi. Daha sonra şagirdlər baxdıqları qısametrajlı filmlər haqqında öz fikirlərini bildirib müzakirə etdilər. Səfa Allahyarova filmlərdə izlənilən fraqmentlərin tarixi haqqında məlumat verdi. Müzakirə zamanı ən çox diqqəti cəlb edən uşaqların unutqanlıqla bağlı fikirləri oldu.

        Eyni zamanda 31 mart soyqırımı ilə bağlı xüsusi dərslər də keçirildi. 6"A", 5"B", 7"B" siniflərində Quliyev Musa, Gülnarə Abidi tərəfindən keçirilən xüsusi dərslərdə Azərbaycan xalqına qarşı törədilən bu soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi