31 Mart soyqırım qurbanlarının xatirəsi yad edilib

31 Mart Azərbaycanlıların Soyqırımı Gününü qeyd etmək üçün tədbir keçirilib.Tədbirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsini yad edildi.Daha sonra çıxış edən  liseyin hərbi rəhbəri Cəlal Carçıyev bildirdi ki,1918-ci martın 30-dan aprelin 3-dək Bakı ,Şamaxı,Quba ,Qarabağ,Zəngəzur,Naxçıvan,Lənkəran və Azərbaycanındigər ərazilərində Bakı Soveti və bolşevik-daşnak silahlı dəstələri xalqımıza qarşı kütləvi qırğın törədiblər.Liseyin tarix müəllimi Səfa Allahyarova erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verdi. O çıxışında qeyd etdi ki,xalqımızın üzləşdiyi soyqırımların təkrarlanmaması üçün tarixi dərindən bilmək,daim yaddaşlarda saxlamaq,zəruri nəticələr çıxarmaq gənc nəslin üzərinə düşən məsuliyyətdir.Tədbirdə həmin dövrün qanlı hadisələrini əks etdirən sənədli filmlərdən fraqmentlər göstərildi,təqdimatlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi