Balacaların Novruz sevinci
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01 mart 2022-ci il tarixli 85 nömrəli əmri ilə təsdiq edilən "Bahar çələngi" layihəsinin icrası ilə bağlı tədbirlər planına əsasən məktəbimizdə silsilə tədbirlər keçirilir.
Novruz bayramının, baharın gəlişinin həyəcanı balacaların da böyük sevincinə səbəb olub. Liseyin ibtidai sinif müəllimləri Valentina Əliyeva ,Səbinə Zəkəriyyəyeva,Mətanət Süleymanovanın təşkilatçılığı ilə keçirilən tədbirdə balacalar öz şeirləri,rəqsləri ilə, Novruzun atributları olan Bahar qızınin nəğmələri, Kosa və Keçəlin məzəli çıxışları balacaların sevincinə sevinc qatıb.