Bölgələrimizin mətbəxi novruzda

         Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01 mart 2022-ci il tarixli F-85 N-li əmrinə əsasən liseydə "Bahar çələngi " layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir.  Ədəbi-bədii kompozisiyalar,xüsusi dərslər,sərgilər,milli rəqslər,səhnəciklər,yarışlar,müsabiqələr təşkil olunur.

     Novruz bayramı və ilaxır çərşənbəsinə həsr olunmuş bayram süfrələri özünəməxsus ləziz təamları hər kəsi cəlb edir.Xalqımızın bayram adəti ,mətbəx mədəniyyəti ,bayram şirniyyatlarının hazırlanması şagirdlərə tanıtmaq ,sevdirmək və yaşatmaq üçün “Bölgələrimizin bayram süfrələri “ adlı tədbir keçirilmişdir. Tədbirdlə liseyin şagird və müəllim kollektivi yaxından və həvəslə iştirak etmiş ,liseydə əsl bayram ab-havası yaşanmışdır.Şagirdlər Vətənimizin müxtəlif bölgələrinin mətbəxini əks etdirən bayram süfrələri açmış , papaq atmış ,hazırladıqları xonçaları bir-biri ilə paylaşmışlar.Bakının düşbərəsi ,qutabı,Masallının ləvəngisi,Şəkinin halvası ,bamiyəsi ,Qazax mahalının qatlaması saymaqla bitməyən ləziz nemətlər bayram süfrələrimizi bəzədi,bolluq ,bərəkət rəmzinə çevrildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi