Ilin axır çərşənbəsi və Novruz bayramı qeyd olundu

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01 mart 2022-ci il tarixli 85 nömrəli əmri ilə təsdiq edilən "Bahar çələngi" layihəsinin icrası ilə bağlı tədbirlər planına əsasən məktəbimizdə torpaq çərşənbəsi qeyd olundu.

      İlaxır çərşənbə Novuz bayramından əvvəl keçirilən ən təntənəli bayramlardan biridir. Torpaq çərşənbəsi adlanan bu günü xalqımız xüsusi təmtəraqla qeyd edir. El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir - birinin evinə təbrikə gedirlər. Bu gözəl gün liseyimizdə xüsusi tədbirlə qeyd olundu. Tədbirə bayrama aid səhnəciklər, balacaların haxıştaları, mahnıları, rəqsləri xüsusi maraq qatdı. Novruz abu-havasına bürünən bütün məktəb bu tədbirdə bir-biri ilə bayramlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi