"İrəvan Seminariyasının 140 illiyinə" həsr olunmuş seminar keçirildi

        Azərbaycan Respublikasının Prezidentinin “İrəvan Müəllimlər Seminaryasının 140 illiyinin qeyd edilməsi haqqında”29 dekabr 2021-ci il tarixli sərəncamına ,Təhsil Nazirliyinin 31.01.2022-ci il tarixli ,F-43 nömrəli əmrinə əsasən liseydə silsilə tədbirlərin keçirilməsinə başlanmışdır.09.03.2022-ci il tarixdə liseyin tarix müəllimi Gülnarə Abidinin təşkilatçılığı ilə “İrəvan müəllimlər seminariyasının milli təhsil tariximizdə yeri və rolu “mövzusunda seminar keçirilmişdir.Liseyin tarix müəllimi öz çıxışına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır,Zəngəzur,Göyçə mahalıdır.Bunu gənc nəsil də,dünya da bilməlidir.” – sözlərilə başlamış və tarixi torpağımız olan İrəvan şəhərində 1881-ci ildə açılmış İrəvan müəllimlər seminariyasınin xalqımızın milli-mənəvi dəyərlərininin formalaşmasında ,Azərbaycanın milli təhsil tarixində əhəmiyyətli rolundan danışmışdır.Seminarda,həmçinin, liseyin dil-ədəbiyyat müəllimi Elnarə Hacıyeva seminariyanın azərbaycanlı məzunları haqqında çıxış etmış,Haşım bəy Vəzirov haqqında geniş məlumat vermiş,8-ci sinif şagirdlərinin hazırladıqları təqdimatlar dınlənilmiş ,videoçarxlar nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi