Sağlam qidalanma həyatımızın vacib amilidir

    Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir. Təcrübə göstərir ki, qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir. 

    Gələcəyimiz olan uşaqların hərtərəfli yetişməsi, sağlam və savadlı vətəndaş kimi formalaşdırılması cəmiyyət olaraq qarşımızda duran ən vacib məsələlərdəndir. Sağlam qidalanma elə sağlam gələcəyin təməlidir. Son illərdə ölkəmizdə qida təhlükəsizliyinə nəzarət işini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, müvafiq qaydalara daha dəqiq əməl olunmasını təmin etmək məqsədilə sistemli işlər görülür. Bu gün dünyanın bütün sivil ölkələrində olduğu kimi, Azərbaycanda da qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, istehsalın bütün mərhələlərinə nəzarət həyata keçirilir.Bu mövzuda liseyin coğrafiya və həyat bilgisi müəllimi Mülayim Mustafazadənin 6b sinfində xüsusi dərs keçirmişdir.Şagirdlərin düzgün və sağlam qidalanması üçün tövsiyyələr verilmiş ,maraqlı diskussiya aparılmış,şagird təqdimatları dinlənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi