İnsan həyatında idmanın rolu

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.

    İdman uşaq və yeniyetmələrin tərbiyəsində gözəl bir məktəbdir.İdman insana qarışıq maraqların dar çərçivəsindən çıxmağa kömək edir.O, uşaqların daxili aləmini də zənginləşdirir-nəinki, fiziki inkişafa, həmçinin mənəvi inkişafa da yol açır, onlara ətraf mühitlə normal münasibətlər yaratmağa kömək edir.İdmanla mütəmadi məşğul olma yeniyetmə və gənclərdə  sağlam tələbatın formalaşması üçün vacibdir. Liseydə idman həftəsi layihəsi çərçivəsində keçirilən sisilə tədbirlərdə də bu fikirlər vurğulanır.Fiziki tərbiyə müəllimləri Kənan Xudiyev və Ülviyyə Şərifova  şagirdlərdə idmana sevgi oyadır ,onlarla həvəslə məşğul olurlar.Onlar həmişə vurğulayırlar ki,idmanla məşğul olmaq –intizamlı olmaq deməkdir.İdmanda qarşılaşdığı çətinliklər, qazanılan uğurlar uşaqlara həyatda məqsədli olmağı və bu məqsədlərə çatmaq üçün mübarizə aparmağı öyrədir. Gənc idmançıların yaxşı dostları da çoxdur.Yaxşı-sağlam mühit isə yeniyetmə və gəncləri gözəl keyfiyyətlərə malik insanlar kimi yetişdirir.Bu isə onlara həyatda və təhsildə uğur qazanmaq üçün stimul verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi