"İdman balacaların gözü ilə "rəsm müsabiqəsi

İdman həftəsi çərçivəsində məktəbdə "İdman balacaların gözü ilə" adlı rəsm sərgisi keçirilib. Sərgi müxtəlif siniflərdən onlarla rəsmlərdən təşkil olunub. Sərginin keçirilməsində məqsəd uşaq və gənclərin fiziki inkişafının təmin edilməsi üçün onların idmana marağının artırılması, sağlam həyat tərzinin formalaşmasında böyük rol oynayan idmanın təbliğ edilməsidir. Eyni zamanda, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkilinin təmini, həmçinin istedadlı uşaq və gənclərin aşkarlanması sərginin məqsədlərindəndir.