Ana dili aylığında xüsusi dərslər

Fevral ayı Ana dili ayliğı elan olunub.Aylıq çərçivəsində müxtəlif silsilə tədbirlər keçirilir.Divar qəzetləri ,bülletenlər hazırlanır,xüsusi dərslər keçilir.7-ci siniflərdə Ana dili dərslərində dil,yazı,yazının tarixi mövzusuna həsr olunmuş dərslər keçirilir.7 “A”və “D” siniflərində mətn üzrə iş dərslərində “Yazı-piktoqramdan hərflərə “ .”Qədim yazı materialları “,”Orxon –Yenisey kitabələri “ mövzuları haqqında geniş müzakirələr aparılır. Liseyin dil-ədəbiyyat müəllimi Afaq Nəbiyeva dil və yazının tarixi inkişaf mərhələlərindən bəhs edən ,bədii nümunələrdə,folklorumuzda ,tarixin səhifələrində müxtəlif yazı nümunələrinə aid videosüjetlər göstərmiş ,şagirdlərlə maraqlı müzakirələr aparmışdır.Qədim türk əlifbası ilə yazılan mətnlər şagirdlərin böyük marağına səbəb olmuşdur.