Fərdi sərgilərimiz

Liseydə tez-tez xüsusi istedada malik olan şagirdlərin fərdi sərgisi təşkil olunur. Bu çərçivədə fevral ayında 8"D" sinif şagirdi Mövsümzadə Aynurun fərdi sərgisi təşkil edildi. Şagirdin sərgisində janr müxtəlifliyi, sərbəst mövzularda işlənmiş kompozisiyalar ideya zənginliyi ilə diqqəti cəlb edir. Gənc istedad yaratdığı rəsm əsərlərində yağlı boya, akril, pastel, tuş, kömür, sangina, sadə qələm və s. texnikalardan məharətlə istifadə etmişdir. Qeyd etmək lazımdır ki, Aynur dəfələrlə müxtəlif yerli və beynəlxalq rəsm müsabiqələrinə qatılmış, uğurlu nailiyyətlər əldə etmişdir.