Ana dilim,ürəyimdən çıxmaz mənim

          21 fevral - Beynəlxalq Ana dili Günü münasibətilə liseyin ibtidai sinif müəllimi Türkan Məcidova rəhbəri olduğu 1"C" sinfində "Ana dilim ,ürəyimdən çıxmaz mənim "adlı xüsusi dərs keçirdi. Dərs Azərbaycan himninin səslənməsi ilə başladı.Dərsin əvvəlində Türkan Məcidova şagirdlərə  21 fevral tarixinin UNESCO-nun qərarı ilə təsis edilmiş qanuna əsasən bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunduğu haqqında ətraflı məlumat verdi.
    1 "C" sinif şagirdləri dərsdə Ana dilimizin gözəlliyini özündə təcəssüm etdirən şeirlər səsləndirib,görkəmli şəxsiyyətlərin dil ilə bağlı söylədiyi hikmətamiz fikirlərdən nümunlər gətirdilər.Şagirdlər öz çıxışlarında qeyd etdilər ki,dil hər bir milləti inkişaf etdirən ən mühüm və güclü vasitədir.Bu səbəbdən xalqımıza ulu babalardan miras qalan ən qiymətli milli sərvətimiz olan ana dilimizi hər birimiz qoruyub,daim qayğı ilə əhatə etməliyik.Şagirdlər dilimizdə qarşılığı olduğu halda işlənən əcnəbi sözlərlə bağlı hazırladıqları əl işlərini nümayiş etdirdilər.Sonda 1 "C" sinif şagirdləri dilimizə həsr olunmuş ən gözəl mahnılardan biri olan "Şirin dil" mahnısını ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi