Xocalı dərsləri keçirilir

Xocalı faciəsinin 29-cu ildönümü hər il olduğundan  fərqli  şəkildə anılır.Liseyin onlayn dərsləri artıq bu faciəyə həsr olunur. 29 ildir ki, şagirdlərə danışılan ,böyük kədərlə anlatdığımız o dəhşətli faciənin qisası mənfur düşməndən alınmışdır. Bu il xocalıların yarasına zəfərlə məlhəm olmuşuq .Xocalı faciəsinə həsr olunmuş xüsusi dərslərimiz də bu ruhda keçilir. Liseyin tarix müəllimi Musa Quliyev 5”D” sinfindəki onlayn  tarix dərsində faciəni bütün təfərrüatı ilə şagirdlərə anlatmış ,qarşılıqlı müzakirələr aparmışdır.Şagirdlər çəkdikləri rəsmlərində ,hazırladıqları təqdimatlarında bu faciənin dəhşətli acısını təsvir etməyə çalışmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi