20 Yanvarı həm hüzn , həm qürurla anırıq

    20 Yanvar faciəsinin 31-ci ildönümü liseyin bütün dərslərində anılır.Çox qürurverici haldır ki,şagirdlər bu faciəni xarici dil dərslərində daha ətraflı,daha təsirli anlatmağı bacarırlar . Liseyin ingilis dili müəllimi Xatirə Əliyevanın dərsləri bu cəhətdən təqdirəlayiqdir. 7”A”və 7”D”siniflərində keçirdiyi 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslərdə şagirdlərin hadisələrə sərbəst fikir yürütmələri,düzgün təhlil verərək qiymətləndirmə bacarıqları,faciənin başvermə şəraitini ,xalqın mübarizliyini ingilis dilində mükəmməl çatdırmaları fənnin mükəmməl tədrisinin nəticəsidir.Şagirdlər şəhidlərə həsr olunmuş şeirləri xarici dildə  gözəl intonasiya ilə ifadə etdilər. Şəhid olmuş gənc şair Ülvi Bünyadzadə,məktəbli həmyaşıdları haqqında dərin kədər və təəssüf hissilə danışdılar.Onların çıxışlarında ifadə olunan vətənpərvərlik hissi hansı dildə olmasından asılı olmayaraq əsl Azərbaycan vətəndaşı kimi böyüdüklərinin göstəricisidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi