Qarabağ Azərbaycandır !

               Liseydə şagirdlərə vətənpərvərlik tərbiyəsi , Vətən eşqinin aliliyi hələ körpəlikdən aşılanır . Bu günlərdə yaşadığımız şanlı tarix , rəşadətli ordumuzun ard-arda qələbə xəbərləri kiçikyaşlı birincilərin böyük sevincə səbəb olub . Liseyin ibtidai sinif müəllimi Türkan Məcidovanın təşkil etdiyi onlayın kompozisiyada 1”C”sinfinin şagirdləri böyük iftixar hissilə söylədikləri şeirlərilə Vətənə olan sonsuz bağlılığı ifadə etmişlər . Onlar “Qarabağ Azərbaycandır !”-deyərək özlərini bu Vətənin əsgəri adlandırmışlar və gələcəkdə bu torpağın hər qarışını göz bəbəyi kimi qoruyacaqlarına söz vermişlər. Balaca fidanların belə vətənpərvər ruhda böyümələrində, onlara vətən sevgisinin aşılanmasında ibtidai sinif müəllimi T. Məcidovanın yorulmaz əməyi , əvəzsiz rolu təqdirəlayiqdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi