Zəfərimiz əbədi olacaq

            Bugün Azərbaycanın qazandığı tarixi Zəfər hər bir azərbaycanlının qəlbini fərəh hissilə doldurur . Hər evdə Qələbənin sevinci duyulur . Liseyin müəllim və şagirdləri evdə qaldığı günlərdə  qəlblərinin böyük sevincini qələmlərilə əks etdirirlər ,şeirlər yazır ,rəsmlər çəkir , divar qəzetləri ,stendlər hazırlayırlar . Ali Baş Komandanımızın , Milli Ordumuzun tarixi uğurlarını əks etdirirlər .

        Liseyin ibtidai sinif müəllimi Mətanət Süleymanova yazdığı “Bayrağım “ şeirində ard-arda zirvələrə sancılan , düşmənə göz dağı çəkən , Cəbrayılda , Füzulidə , Zəngilanda , Şuşada zirvələri fəth edən , hələ neçə zirvənin gözünü yolda qoyan , şəhid qanından qızaran bayrağın vəsfini kövrək misralara köçürmüşdür .Covid -19 pandemiyasının səbəbindən müəllim və şagirdlərimiz evdə qalsa da , onların Vətən sevgisi , Qələbə sevinci evdə qala bilmir ,bölüşmək , paylaşmaq üçün kağızlara , tablolara köçür .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi