Bayrağıma canım qurban

Bu tarixi Qələbə günlərimizdə şagirdlərdə yüksək vətənpərvərlik hissinin əksi , dövlət rəmzlərimizə ,xüsusilə bayrağımıza olan sevgi , ehtiram hissi onların bu ruhda mükəmməl tərbiyə almasının göstəricisidir . Liseyin musiqi müəllimi Təranə Rəsulovanın bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir . Rəhbəri olduğu 5 ''C''sinfinin hazırladığı bayraq kompozisiyasında şagirdlərin bayraqla şəkilləri və ifa etdiyi şeirlərindən ibarət onlayn təqdimatında kiçik qəlblərin böyük Vətən sevgisi ifadə olunub .