Heydər Əliyevə həsr olunmuş virtual sərgi başa çatır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə təşkil olunmuş Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgi başa çatır.

4-10 may tarixlərini əhatə edən sərginin təşkil olunmasının əsas məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, məktəblilərə Vətənə, dövlətçilik tariximizə və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, onların bədii-estetik zövqünü və yaradıcı düşüncəsini inkişaf etdirməkdən ibarətdir.

Qeyd edək ki, hər il ulu öndərin anadan olmasının ildönümü ərəfəsində BŞTİ tərəfindən təşkil olunan ənənəvi sərginin bu il mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq, virtual keçirilməsi qərara alınıb.

Sərgidə iştirak etmək istəyən BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin və məktəbdənkənar təhsil müəssisələrindəki dərnək üzvlərinin əl işləri tədris müəssisələrinin rəhbərləri tərəfindən [email protected] elektron poçt ünvanına göndərilib.

BŞTİ-nin rəsmi internet saytında, sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində yayımlanan virtual sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi-texniki və dizayn sahələrindən ibarət əl işləri nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM