Beynəlxalq Ana dili Günü keçirildi.

            "Beynəlxalq Ana dili Günü "münasibətilə liseydə tədbir keçirildi.Dil-ədəbiyyat müəllimi İ.Cabbarovanın və musiqi müəllimi T.Rəsulovanın təşkilatçılığı ilə keçirilən tədbirdə Ana dilimizə aid şeirlər ,mahnılar səsləndirildi ,səhnəciklər göstərildi.Böyük dramaturqumuz C.Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış səhnəciklərdə ana dilinə münasibət ,onun yad təsirlərə məruz qalması ,öz kökündən uzaqlaşması ön plana çəkildi.Dilimizə süni surətdə daxil olub onu korlayan əcnəbi sözlər və öz nitqində bunu tez –tez işlədən “ziyalılarımız” şagirdlərin dili ilə tənqid edildi.Tədbir şagirdlərin vətənə ,dilə aid rəngarəng mahnı və rəqslərilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi