Məktəbəhazırlıq qruplarında dərslər dinlənildi

Təhsildə “Keyfiyyət ili” ilə əlqədar fəaliyyət planının 2.4.1 bəndinə əsasən 07.11.2017-ci il tarixində məktəbəhazırlıq qruplarında tədrisin yeni proqram (kurikulum) əsasında həyata keçirilməsi vəziyyətini nəzərdə saxlamaq məqsədilə ibtidai siniflər üzrə təlim tərbiyə işləri üzrə direktor müavini Tağıyeva Xalidə və ibtidai siniflər üzrə metodbirləşmə sədri Haşımova Bahar tərəfindən dərslər dinlənildi. Məqsədimiz məktəbəqədər uşaqların məntiqi təfəkkürünün, təxəyyülününün mənimsəmə bacarıqlarının inkişaf etdirilməsini izləmək idi. Birinci məşğələ 0B (müəllim Həsənova Aygün) sinfində savad təliminə hazırlıq və nitq inkişafı dərsi oldu. Müəllim rabitəli nitqin inkişafı, hərf, səs, söz, cümlə haqqında bilikləri şagirdlərə çatdırdı, onlarda müxtəlif təlim bacarıqları (ətrafdakıların nitqini anlamaq, ünsiyyət saxlamaq, suallara cavab vermək, nağıl söyləmək) formalaşdırdı. Həmin gün 0A (müəllim Əmiyeva Gülər) sinfində musiqi və 0C (müəllim Məcidova Sitarə ) sinfində Təsviri Fəaliyyət məşğələsi dərsi dinlənildi. Müəllimlər uşaqlarda ifaçılıq (solo və xorla oxumaq, musiqili -ritmik hərəkətləri yerinə yetirmək) , həcm, rəng, məkana görə yerləşmə, yapma, kəsib-yapışdırma kimi bacarıqları aşıladılar. Dərslərdə kollektiv iş formasında şagirdlərdə yoldaşlarına mehriban münasibət, birgə işləmək, yoldaşlarının fikri ilə razılaşmaq, bir-birinə kömək etmək, tolerantlıq kimi keyfiyyətlər tərbiyə olundu.