Məşğələlər dinlənilib

Aprelin 14-də məktəbəhazırlıq qruplarında ( 0 “A”, 0 “B”, 0 “C”, 0 "Ç" ) çalışan müəllimlərin fəaliyyətinə nəzarət olunması, həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsini, həmçinin dərsə davamiyyəti izləmək məqsədilə dərsdinləmələr keçirilib. Təlim –tərbiyə işləri üzrə direktor müavini Tağıyeva Xalidə və metodbirləşmə sədri Haşımova Bahar "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Fiziki mədəniyyət" məşğələlərində iştirak edib. Uşaqlar onlara verilən tapşırıqları böyük həvəslə yerinə yetiriblər.