Stolüstü tennis üzrə turnir keçirilib

16 aprel 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin birgə təşkilatçılığı ilə 88 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Xəzər rayonun təhsil işçiləri arasında stolüstü tennis üzrə turnir təşkil edilib.
Turnirdə 10 komanda mübarizə aparıb və sonda 156 nömrəli tam orta məktəbin müəllimlərdən ibarət komandası III yerə layiq görülüb. Qalib gələn komandalara diplom, medal və kuboklar təqdim olunub.
Bu münasibətlə müəllimlərimizi təbrik edir, gələcək yarışlarda uğurlar arzu edirik.