IX sinif şagirdləri ilə "İmtahan həyəcanı və onun aradan qaldırılması" psixomaarifləndirici söhbət aparılıb

Aprelin 15-i məktəbin psixoloqu Maniyeva Aygün tərəfindən IX sinif şagirdlərinin iştirakı ilə “ İmtahan Həyəcanının dərəcəsi” sorğusu keçirilib. Sorğunun keçirilməsində əsas məqsəd şagirdlərdə imtahan qabağı hazırlıqla bağlı narahatlılıq hissinin aşkara çıxarılmağı, bədən reaksiyaları (gərginlik, yuxusuzluq, iştahasızlıq kimi fiziki narahatlılıq) , zehni reaksiyalar ( imtahana hazırlaşarkən ətrafımızda baş verənlərdən hədsiz təsirlənmək və əksinə hazırlıqlı olmaq) ümumi imtahan həyəcanını dəyərləndirməkdən ibarət olub.
Psixoloq şagirdlərə sorğu vərəqlərini paylayıb, öncədən onları təlimatlandırıb. Şagirdlər sorğunu həvəslə işlədikdən sonra cavablar əsasında fikir mübadiləsi aparılıb.