İbtidai siniflər üzrə növbəti metodbirləşmə iclası keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq aprelin 21-i müəllimin innovativ təcrübəsinin müəyyənləşdirilməsi, müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi, məktəbdaxili monitorinqlər, valideynlərlə işin qurulması və digər müvafiq mövzularda müzakirələr aparılması məqsədilə ibitidai sinif müəllimlərin iştirakı ilə metodbirləşmə iclası keçirilib. İclasda məktəbin ibtidai siniflər üzrə direktor müavini Tağiyeva Xalidə, ibtidai siniflər üzrə metodbirləşmə sədri Haşımova Bahar, psixoloq Aygün Maniyeva və sinif müəllimləri iştirak edib.

İlk öncə metodbirləşmə iclasında direktor müavini Tağıyeva Xalidə keçirilən monitorinqin nəticələri ilə müəllimləri tanış edib, zəif nəticə göstərən şagirdlərlə görüləcək işlərin müzakirəsini aparıb. Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən may və iyun aylarında IV siniflərdə keçiriləcək olan monitorinq haqqında, cavab kartlarının düzgün işlənilməsi barədə tövsiyələr verilib.

Həmçinin iclasda şagirdlərin dərsə davamiyyəti, məktəbli forması kimi məsələlərə də toxunulmuşdur.

Psixoloq ibtidai siniflərdə keçirdiyi psixoloji testlərin nəticələri ilə müəllimləri tanış edib. İbtidai sinif müəllimi Gülnar Bağırova “Təhsilə marağı az olan uşaqlar haqqında” mövzusunda məruzəsini təqdim edib.

İclasın sonunda Xalidə Tağıyeva müəllimlərə müzakirələrdə həvəslə iştirakına həmçinin vəzifələrini sevərək icra etdiklərinə görə öz təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi