İbtidai siniflərdə ingilis dili fənni üzrə monitorinq keçirilib

Aprelin 29-da məktəbin Fəaliyyət Planına əsasən II –IV siniflərdə ingilis dili fənni üzrə şagird nailiyyətlərinin izlənilməsi məqsədilə monitorinq keçirilib. Monitorinqə təlim-tərbiyə işləri üzrə direktor müavini Tağıyeva Xalidə, metodbirləşmə sədri Haşımova Bahar və xüsusi təyin edilmiş nəzarətçi müəllimlər nəzarət edib. Monitorinq 15 sualdan ibarət olub.
Monitorinqin nəticələri xüsusi yaradılmış komissiya tərəfindən yoxlanılaraq, metodbirləşmə iclasında müzakirə ediləcək.