Peşəyönümü ilə əlaqədar maarifləndirici görüş keçirilib

22 aprel 2025-ci il tarixində məktəbdə peşəyönümü işinin təbliğatı məqsədilə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Günal Abuzərova və məktəb koordinatoru Aygün Maniyeva tərəfindən IX sinif şagirdlərinin iştirakı ilə maarifləndirici görüş keçirilib.
Əvvəlcə Günal Abuzərova şagirdlərə təhsil müəssisəsinin müxtəlif korpuslarında hansı ixtisasların olduğunu, qəbul şərtlərini və keçirilən dərslər barədə məlumat verib. Şagirdlərin həvəs və bacarıqlarının aşkarlanması, onların gələcəkdə cəmiyyətdə əhəmiyyətli fərd kimi formalaşması üçün söhbətlər aparıb.
Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırlıb və bukletlər paylanılıb.