“Açıq qapı” günü keçirilib

Aprelin 25-i gənclərin peşə təhsilinin yaratdığı imkanlar barəsində maarifləndirilməsi məqsədilə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Açıq qapı" günü keçirilib. Keçirilən tədbirdə Mərkəzin riyaziyyat müəllimi Günal Abuzərovanın bələdçiyi ilə ictimaiyyət və işəgötürən təşkilatların nümayəndələri, Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərindən ümumilikdə 700-ə yaxın şagird, müəssisənin uğurlu məzunları, həmçinin məktəbin peşəyönümü koordinatoru Aygün Maniyeva, Azərbaycan dili və Ədəbiyyat müəllimi Gülsüm Məmmədova və IX sinif şagirdləri də iştirak ediblər. Tədbirdə tədrisi aparılan ixtisaslar üzrə tələbələrin əl işlərindən ibarət sərgi nümayiş etdirilib, ixtisaslar barədə mütəxəssislər tərəfindən ətraflı məlumat verilib, eyni zamanda tədbir müddəti ərzində canlı masterklaslar nümayiş etdirilib.

Dəvət üçün Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndəsi Abuzərova Günal xanıma, həmçinin əməyi keçən hər kəsə bir daha təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi