IX sinif şagirdləri ilə imtahan öncəsi görüş keçirilib.

Məktəbin direktoru Gülər İsmayılova 23.04.2025-ci il tarixində buraxılış imtahanında iştirak edəcək şagirdlərlə görüş zamanı öz tövsiyələrini verib, onlara imtahanda zehin açıqlığı, uğurlar arzulayıb. Gülər müəllim imtahanın nəticələrindən asılı olmayaraq şagirdlərin hər birinin müəllimlər və valideynləri üçün dəyərli olduğunu vurğulayıb. Sonda şagirdlərə imtahana buraxılış vərəqləri təqdim olunub.
Məktəb kollektivi adından şagirdlərimizə imtahanda yüksək nəticələr əldə etməyi arzulayırıq.