Badminton üzrə Xəzər rayon turnirinin qalibi olduq

24 aprel 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsi, Badminton Fedarasiyasının birgə təşkilatçılığı ilə 124 nömrəli tam orta məktəbdə Xəzər rayonu məktəbləri arasında Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş badminton üzrə turnir keçirilib. Turnirdə 11 məktəbin komandası yarışıb. Komandalar həm müəllimlərdən, həm də şagirdlərdən təşkil olunmuşdur.
Gərgin mübarizəli keçən yarışda müəllimlərdən ibarət komandamız Badminot üzrə I yerə, şagirdlərdən ibarət komandamız isə II yerə layiq görülüb.
Bu münasibətlə məktəbin fiziki tərbiyə müəllimi Tural Məmmədovu, məktəbin laborantı Bahar Kazımovanı və şagirdlərimizi təbrik edir, gələcək yarışlarda uğurlar arzu edirik.